Azərbaycanın iki qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Presssport.az xəbər verir ki, Jalə Əliyeva (57 kq) və Elnurə Məmmədova (53 kq) həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıqova (72 kq) isə əvvəlki mərhələdə uduzub.
Bu gün Ruzanna Məmmədova (59 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Şəhanə Nəzərova (50 kq) isə təsəlliverici dueldə məğlub olub.
Xatırladaq ki, əvvəlki üç gündə millimizin üzvləri 8 medal qazanıb. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olub. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC