Futbolun İnkişaf Fondunun (FİF) əməkdaşları Göygöl və Ağdaş rayonlarına səfər edib.
Presssport.az xəbər verir ki, səfər çərçivəsində FİF-in icraçı direktoru Tural Piriyev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə görüşüb.
Görüş zamanı icra başçısına qurumun fəaliyyəti və digər regionlarda görülən işlərlə bağlı məlumat verilib, “Göygöl” futbol klubu ilə bağlı planlar və mümkün dəstək imkanları barədə müzakirə aparılıb.
Bununla yanaşı, səfərin davamında “Göygöl” və “Ağdaş” futbol klublarının mövcud infrastrukturuna baxış keçirilib. Klubların əməkdaşları ilə birgə növbəti mövsümdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb və müvafiq planlar qurulub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC