AFFA Region Liqasının qalibini kubokla təltif etdi - ən yaxşılar da mükafatlandırıldı

AFFA Region Liqasının final matçından sonra mükafatlandırma mərasimi təşkil edib.

Presssport.az xəbər verir ki 38 qol vuran Mübariz Futbol Akademiyasının oyunçusu Cəfər Şahməmmədov bombardirə təqdim olunan mükafata yiyələnib. “Hypers”dən isə Anar Ağayev Region Liqasında mövsümün ən yaxşı futbolçusuna layiq görülüb.

Nəhayət, “Hypers” gümüş medalla, “Şimal” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim edib.

Xatırladaq ki, Şamaxı şəhər stadionunda keçirilən final görüşünün 120 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşıb. “Hypers”də 16-cı dəqiqədə Məhəmməd Alıyev, “Şimal"da isə 74-cü dəqiqədə Rauf Məmmədov fərqlənib.

Penaltilər seriyasında rəqibinə 3:1 hesabı ilə qalib gələn “Şimal” çempion olub. Tural Cəlilovun komandası növbəti mövsüm həm UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək, həm də II Liqada oynayacaq. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC