Emin Əmrullayev çempionu mükafatlandırdı

Azərbaycan Basketbol Liqasında (ABL) final seriyasının 4-cü oyunu çərçivəsində keçirilən "Sabah" - "Xəzri" (74:69) görüşünün ardından qalib komanda, 2-ci və 3-cü yerin sahibləri mükafatlandırılıb.

Presssport.az xəbər verir ki, 2023/24 mövsümünün qalibi olan “Sabah”a çempionluq kuboku və qızıl medalları Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim edib. Final seriyasının ən dəyərli oyunçusu da (MVP) “Sabah”dan Şirzad Sirzadov seçilib

Həlledici görüşdə məğlub olan "Xəzri" komandası gümüş medal qazanıb. 3-cü yer uğrunda görüşdə "Xırdalan"ı üstələyən “NTD-İndiqo” isə bürünc medalla təltif edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC