"Zenit"in keçmiş məşqçisi və idman direktoru Boris Rapoport "Qarabağ"ın qapıçısı Andrey Lunyov haqda danışıb.
Presssport.az xəbər verir ki, təcrübəli futbol adamı32 yaşlı qolkiperin yenidən Sankt-Peterburq klubuna qayıtmaq şanslarından söhbət açıb: "Düşünmürəm ki, hazırda “Zenit”in əsas məqsədi başqa qapıçı transfer etməkdi. Axı bu, çox pul tələb edəcək. Üstəlik, “Zenit” ondan ayrıldıqdan sonra çətin ki, Lunyova fikir versin”.
Xatırladaq ki, Andrey 2017-21-ci illərdə Sankt-Peterburq klubunda çıxış edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC