"Səbail"in köhnə zədəlisi, yeni cəzalısı

Premyer Liqanın XXXVI turunda "Zirə"nin qonağı olacaq “Səbail” səfər görüşünə itkilərlə çıxacaq.

Presssport.az xəbər verir ki, “dənizçilər”in aparıcı futbolçularından olan Pedro Nuno Zirədə meydana çıxa bilməyəcək. 

Bu da adıçəkilən legionerin cəzalı olmasıyla bağlıdı. Belə ki, portuqaliyalı oyun qurucusu cari çempionatda 8-ci “sarı”ya görə cəzalı duruma düşdüyündən, mövsümü vaxtından əvvəl bitirməli olub. 

Fransalı cinah yarımmüdafiəçisi David Qomis isə hələ qış fasiləsinədək aldığı ağır zədəyə görə mövsümü həmin vaxtdan qapamağa məcbur qaldı. 

Xatırladaq ki, "Zirə" - "Səbail" qarşılaşması bu gün saat 19:00-da keçiriləcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC