Paraatletimiz 4 qat dünya çempionu oldu

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva 4 qat dünya çempionu olub.

Presssport.az xəbər verir ki, Yaponiyanın Kobe şəhərində keçirilən yarışda T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.

Vəliyeva finişə 40,35 saniyəyə çatıb.

Bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə 4-cü dünya çempionluğudu. Lamiyə Kobedəki turnirin ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vəliyeva ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC