“Zirə”nin Premyer Liqanın son turunda “Səbail”lə avrokuboklara vəsiqə baxımından önəmli qarşılşama öncəsi cəmi 1 itkisi var.
Presssport.az xəbər verir ki, bu, köhnə zədəlisi Filipe Paxtmandı.
Gənc braziliyalı hücumçu hələ qış fasiləsinədək yenidən zədələndiyindən bu il meydana çıxmayıb.
“Qartalar”ın son 1 ayda zədə üzündən oynamayan nigerli sol cinah müdafiəçisi İssa Cibrila isə komandayla birgə hazırlıqda iştiraj edir. Bu legionerin adının bugünkü matçın protokolunda olub-olmamasına baş məşqçi Rəşad Sadıqov qərar verəcək.
Xatırladaq ki, “Zirə” bu gün evdə qalib gələrsə, çempionatı medalçı kimi başa vuraraq avrokuboklara vəsiqə qazanması rəsmiləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC