Azərbaycan çempionatında pley-off matçlarının püşkü atılıb

2024/25 mövsümündə II Liqada çıxış etmək üçün pley-off matçlarının püşkü atılıb.

Presssport.az xəbər verir ki, ilk oyunda meydan sahibi və qonaq komandaların müəyyənləşməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Tədbirdə PFL prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, PFL tərəfindən pley-off oyunlarına məsul şəxs Faiq Tahirov və qarşılaşacaq klubların rəsmiləri iştirak edib. 

Görüş zamanı tərəflərə pley-off mərhələsində hazırlıq prosesi, riayət olunmalı tələblər və digər vacib məqamlar barədə məlumat verilib.

Ardından püşk atılıb. Püşkə əsasən, ilk oyunda meydan sahibi “Şəfa” olub. Komanda Region Liqasının finalında uduzan “Hypers”lə üz-üzə gələcək.

Pley-off matçları əvvəlcədən nəzərdə tutulduğu kimi, 29 may və 05 iyun tarixlərində oynanılacaq. Qarşılaşmaların baş tutacağı arenalar, oyunların saatları və digər texniki detallar daha sonra açıqlanacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC