Mikayıl Cabbarov U-23 AÇ-də 1-ci olmuş millimizin güləşçilərini təbrik edib

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov U23 Avropa çempionatında 1-ci olmuş Azərbaycan milli komandasını təbrik edib.

Presssport.az xəbər verir ki, bu barədə AGF rəhbəri sosial şəbəkə hesabında yazıb.

O, bunları qeyd edib: “Bakıda keçirilən U-23 Avropa çempionatına yekun vurulub. Sərbəst güləş üzrə millimiz komanda hesabında çempion olub. Yığmamızın üzvlərindən Cəbrayıl Hacıyev (74 kq) qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC