"Kocaelispor"un formasını geyinən millimizin futbolçusu Ramil Şeydayev Türkiyə mətbuatına müsahibə verib. Presssport.az xəbər verir ki, 28 yaşlı hücumçu ötən tur "Eyüpspor"la keçirdikləri matçla bağlı fikirlərini bölüşüb: "Komandamız yaxşı çıxış etdi. Düzdür, oyunda iştirak etmədim. Lakin azarkeşlərimizin sayəsində qələbə qazandıq. Çünki onlar rəqib komandaya ciddi təzyiq göstərdilər. Açığı, bu, xoşuma gəldi",
Ramil növbəti tur "Altay"la matçda iştirak etmək istədiyini söyləyib: "Təbii ki, baş məşqçinin qərarına hörmətlə yanaşıram. Məqsədimiz Super Liqaya vəsiqə qazanmaqdı. Buna görə addım-addım getməliyik".
Şeydayev komandaya trasnfer olunmazdan əvvəl Rəşad Sadıqovla danışdığını vurğulayıb: "O, mənə azarkeşlərin mükəmməl olduğunu söylədi. Sadıqov qərar verməyi özümə buraxdı".
Forvard yeni komandasına uyğunlaşmağın çətin olmadığını gizlətməyib: "Buraya uyğunlaşmaq mənim üçün çətin olmayacaq. Çünki Türkiyədə dostlarım var. Bundan əlavə, dili də bir az bilirəm. Din baxımından da mənim üçün problem yoxdur. Komanda yoldaşlarımla yaxşı vaxt keçiririk".
Xatırladaq ki, bunadək Tailanın “Buriram Yunayted” klubunda çıxış etmiş Şeydayev yanvarın 17-də Türkiyə I Liqa təmsilçisiylə 1.5 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC