"Heç vaxt belə uzun müddət meydandan kənarda qalmamışdım" - Mahir Emreli

“Dinamo”nun və millimizin futbolçusu Mahir Emreli “İnstagram” hesabında paylaşım edib.

Presssport.az xəbər verir ki, 27 yaşlı hücumçumuz Zaqreb klubunda bu mövsümkü performansına toxunub:

"Mövsümün çox uğurlu başlamasına baxmayaraq, uzunmüddətli zədələr məni izlədi. Heç vaxt belə uzun müddət meydandan kənarda qalmamışdım. Xarakterimi, səbrimi sınamaq və daha güclü qayıtmaq üçün karyeramın çox vacib dövrü idi. Komandamla birlikdə olmaqdan və medallar qazanmaqdan çox məmnunam".

Xatırladaq ki, Mahir “Dinamo”yla ilk mövsümündə Xorvatiya çempionu olub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC