"Şah" mövsümə yekun vurdu: "Karyeramın ən çətin iki ili..."

Millimizin və "Adana Dəmirspor"un qapıçısı Şahruddin Məhəmmədəliyev “İnstagram”dakı hesabında paylaşım edib.

Presssport.az xəbər verir ki, 29 yaşlı futbolçu yeni başa çatan Türkiyə Super Liqasında mövsümü dəyərləndirib: "Karyeramın ən çətin iki ili: üç əməliyyat, səkkiz aylıq sağalma, çoxlu ağrılar, boşa çıxan enerji və emosiyalar var idi. Geri qayıtmaq, daha güclü olmaq üçün cəhdlər edildi, hər şey üçün Allaha şükürlər olsun. Çoxlu sevgi və hər kəsə təşəkkürlər".

Xatırladaq ki Şahruddin 2023-cü il sentyabrında Adana klubuna keçib və gələn il iyunun 30-dək müqaviləsi var.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC