Türkiyənin qadınlardan ibarət futbol yığmasının futbolçusu Arzu Karabulut Millətlər Liqasının B1 qrupunda Azərbaycana qarşı Ərzincanda keçirəcəkləri oyun (31 may) haqda danışıb.
Presssport.az xəbər verir ki, “Qalatasaray”ın hücumçusu mayın 20-dən Ərzincanda hazırlaşdıqlarını açıqlayıb: "Hər kəs tamamilə konsentrasiya olub. Azərbaycanla oyunlara tam ciddi hazırlaşırıq. Bu rəqiblə tanışıq. Azarkeşlərin üstünlüyü bizdə olacaq. Düşünürəm ki, onlarla birləşərək Ərzincanda Azərbaycanla matçda qələbə qazanacağıq. Daha sonra Bakıda da qalib gəlmək istəyirik ki, turnirin pley-off mərhələsinə gedən yolumuzu davam etdirək".
Xatırladaq ki, Türkiyə və Azərbaycan milli komandalarının oyunu mayın 31-də Erzincanda “13 şubat” şəhərində Bakı vaxtı ilə 21:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC