"Sumqayıt"ın legioneri Erik Sorqa “İnstagram” hesabında paylaşım edib.
Presssport.az xəbər verir ki, estoniyalı hücumçu komandasının avrokuboklara vəsiqə qazanması haqda bunları yazıb:
"İstədiyimizi etdik. Artıq Avropaya gedirik. Komandaya və bu nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edirəm. Möhtəşəm atmosfer və bütün mövsüm boyunca bizi dəstəklədiyiniz üçün azarkeşlərimizə təşəkkür edirik. Davamı gələcək".
Bu yerdə bildirək ki, Premyer Liqanın XXXVI turunun “Qəbələ” ilə Sumqayıtdakı görüşdə məhz Sorqanın vurduğu yeganə qol sayəsində komandası qalib gəlib və avrokuboklara vəsiqə qazanıb.
Xatırladaq ki, Eduatşrd 2023-cü il iyulun 17-də “Sumqayıt”la müqavilə imzalamışdı. Onun klubla müqavilə müddəti iyunuj 30-da başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC