Avropa Həndbol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

Azərbaycan Həndbol Federasiyasının prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Avropa Həndbol Federasiyasının prezidenti Maykl Viderer arasında görüş keçirilib.

Presssport.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanadakı Avropa Həndbol Federasiyasının baş ofisində təşkil olunan görüşdə Azərbaycanda həndbolun inkişafı, son zamanlar görülən işlər, yaxın gələcəkdə beynəlxalq yarışların ölkəmizdə təşkil olunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Viderer ötən il Bakıda 17 yaşlı qızlar arasında Avropa çempionatının yüksək təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC