Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə və gənclər arasında keçirilən kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası”nda Azərbaycan idmançısı bürünc medal qazanıb.
Presssport.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımızdan Paşa Əsgərov 5000 metr məsafəyə kanoe qayığında finiş xəttinə 3-cü çatıb.
Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Lakin o, yekun nəticədə ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.
Onu da bildirək ki, ümumilikdə komandamız reqatada 6 nəfərlik heyətlə təmsil olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC