AFFA U-15 Liqasında çıxış edən "Qəbələ" nin məşqçisi Şəhruz Mustafayev daha 5 oyun cəzalandırılıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Belə ki, 49 yaşlı mütəxəssis səfərdə "Sumqayıt"a qarşı oyun vaxtı hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün bu halla üzləşib.
Komitə mayın 24-də də Mustafayevi 5 matçlıq cəzalandırmışdı. Məşqçi evdə eyni komanda ilə görüşün 72-ci dəqiqəsində hakimləri təhqir etmişdi.
Bundan əlavə, U-14 Liqasında mübarizə aparan “Astara”nın rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb və 5 oyunluq cəza alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC