"Sumqayıt"ın hücumçusu Kasimir Ninqa geridə qalan mövsümdə komandanın bombardiri adına yiyələnib.
Presssport.az xəbər verir ki, 31 yaşlı çadlı futbolçu keçirdiyi 28 Premyer Liqa qarşılaşmasında 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Onu da bildirək ki, tən mövsüm "Sumqayıt"ın vurduğu 37 qolda 11 nəfərin imzası var. Bombardiri ondan 1 qol az vuran Roi Kehat izləyir. İsrailli cinah yarımmüdafiəçisinin aktivində 1 məhsuldar ötürmə də var.
Vurulan 37 qolun 10-da Rövlan Muradovun birbaşa qatqısı var. Belə ki, sağ cinah oyunçusu 3 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC