Azərbaycan U-21 millisinin Slovakiya və Bolqarıstana qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Presssport.az xəbər verir ki, Samir Əliyevin komandası Slovakiya ilə iyunun 7-də Bratislavada, Bolqarıstanla isə 11-də isə Bakıda qarşılaşacaq.
İyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 bundan 4 gün sonra Slovakiya paytaxtına səfər edəcək və matçdan bir gün sonra geri dönəcək. Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək. Azərbaycan - Bolqarıstan görüşü isə “Liv Bona Dea Arena”da saat 20:00-da baş tutacaq.
“Qarabağ”ın futbolçuları Azərbaycan Kubokunun final oyununun ertəsi - iyunun 3-də U-21-ə qoşulacaq.
Əliyev bu 2 matç üçün aşağıdakı 23 futbolçuya dəvət göndərib:
Amin Ramazanov, Nəriman Axundzadə (ikisi də "Qarabağ"), Xəyal Fərzullayev ("Sumqayıt"), Yusif İmanov, Seymur Məmmədov, Xəyal Əliyev (hamısı "Sabah"), Süleyman Damadayev, Qurban Səfərov, Samir Məhərrəmli (hamısı "Şamaxı"), İbrahim Ramazanov, Eşqin Əhmədov, Şahin Şahniyarov (hamısı "Qəbələ"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Fərid Yusifli ("Turan Tovuz") Abdulla Rzayev, Mirəli Əhmədov, Ramin Nəsirli ("Araz-Naxçıvan"), Rüfət Əhmədov, Mahir Həsənov (ikisi də "Kəpəz"), Rüfət Abbasov, Elcan Əbilov, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Murad Vəliyev ("Nomme United", Estoniya), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (ikisi də "Səbail").
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC