Bu gün Çempionlar Liqasında (ÇL) 2023/24 mövsümünün qalibi bəlli olacaq.
Presssport.az xəbər verir ki, final matçında “Real”la Dortmund “Borussiya”sıyla üz-üzə gələcək.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək və slovakiyalı Slavko Vinçiçin idarə edəcəyi matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Onu da bildirək ki, bu turnirin ən titullu klubu olan “Real” 14 dəfə ÇL-in kubokunu başı üzərinə qaldırıb. Dortmund klubu isə yalnız 1 dəfə - 1996/97 mövsümündə yarışın qalibi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC