Qadın futbolçulardan ibarət Türkiyə milli komandasının baş məşqçisi Necla Güngör Kıraqası
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə Azərbaycan yığmasına 1:0 hesabıyla qalib gəldikləri matçı şərh edib.
Presssport.az xəbər verir ki, adıçəkilən mütəxəssis keyfiyyətin sayəsində qələbə qazandıqlarını açıqlayıb: "İlk hədəfimiz evdəki matçda qələbə qazanmaq idi. Bunu bacardıq. İndi ikinci hədəfimiz Azərbaycanı səfərdə də məğlub etməkdi. Əsas məqsədimiz isə pley-offa yüksəlməkdi. Rəqibimizin oyuna sərt başlayacağını və müdafiə olunacağını bilirdik. Buna görə də tələsmədik. Matçın sonlarında keyfiyyətimizi ortaya qoyaraq lazım olan nəticəni əldə etdik".
Xatırladaq ki, Azərbaycan - Türkiyə görüşü iyunun 4-də “Liv Bona Dea Arena”da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC