Laçında minifutbol üzrə tədbir keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Laçın İdman Kompleksidə Laçın şəhər 2 nömrəli tam orta məktəbin və Zabux kənd orta məktəb şagirdləri arasında minifutbol üzrə tədbir keçirilib.

Presssport.az xəbər verir ki, tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək deyib ki, bütövlükdə idman sahəsi ölkəmizdə sürətlə inkişaf edir və bu gün də Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınır.

Çıxışı zamanı idmanın və futbolun inkişafını yüksək qiymətləndirərək uşaq futboluna yaradılan şəraitin gələcək nəsillərə sağlam həyat bəxş edilməsi baxımından atılan atdım olduğu bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Mahir Abbaszadə layihənin regionlarda idmanın və futbolun inkişafına dair yerinə yetirilməsi istiqamətində atılmış addımların davamı olduğunu qeyd edərək uşaqların sağlam mühitdə böyüməsi üçün tədbirlərin digər regionlarda davamlı şəkildə keçirilməsi vurğulayıb.

Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti Asif Əliyev çıxış edərək ölkəmizdə idmanın və futbolun inkişafından söz açaraq görülən işləri yüksək qiymətləndirərək layihənin əsas məqsədinin regionlarda futbolu inkişaf etdirərək istedadlı uşaqların yetişdirilməsi və futbol akademiyalarında formalaşmaqlarına istiqamət verilməsini söyləyib. Gələcəkdə də regionlarda o, cümlədən işğaldan azad edilmiş torpaqlarda idmanın və uşaq futbolunun inkişaf etdirilməsi UGFF-nın ən prioritet məsələsi olduğunu əlavə edib.

Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) baş katibi Asim Xudiyev, Laçın 2 nömrəli tam orta məktəbin direktoru Sevinc Cabbarova və Laçın rayonu, Zabux kənd tam orta məktəbin direktoru Mübariz Rüstəmov iştirak edib. Tədbirin yekununda iştirak edən 70 şagirdə idmana və futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC