Bu gün Azərbaycan Kubokunda 2023/24 mövsümünün final qarşılaşması keçiriləcək.
Presssport.az xəbər verir ki, saat 20:00-da "Liv Bona Dea Arena"da baş tutacaq finala gələcək azarkeşlərə 2 saat əvvəldən stadiona gəlmələri tövsiyə olunur.
Bu haqda PFL-in mətbuat xidməti məlumat yayıb.
Qapılardan giriş aşağıdakı kimi olacaq:
GİRİŞ 1 - Sektor 4, 5, 6, 7, 8, 9, MEDİA.
GİRİŞ 2- Sektor 1, 2, 3, 10, VIP LOUNGE.
Xatırladaq ki, qarşılaşmadan öncə saat 19:00-da xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı təşkil ediləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC