Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi olub.
Presssport.az xəbər verir ki, son tura lider kimi başlayan təmsilçimiz bu gün heç-heçə oynayıb.
9-cu turda Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.
Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd "Dubai Open 2024"ü qalib kimi başa vurub. Şahmatçımız həmçinin 16 000 ABŞ dolları mükafat əldə edib.
6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. O, əlavə əmsallara görə 6-cı yeri tutub.
Onu da bildirək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda Muradlını qələbə münasibətilə təbrik edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC