Azərbaycan Kubokunun final matçında anşlaqdı.
Presssport.az xəbər verir ki, “Qarabağ”la "Zirə"nin görüşdüyü 6500 tamaşaçı tutumuna malik "Liv Bona Dea Arena"da boş yer azdı.
Oyundan əvvəl estradamızın ulduzu, Xalq artisti Aygü Kazımovanın çıxışı olub.
Ardından isə Elmar Baxşıyev Azərbaycan Kubokunu meydana gətirib. Bu yerdə bildirək ki, hazırda “Araz-Naxçıvan”ı çalışdıran 44 yaşlı adıçəkilən mütəxəssis keçən mövsüm “Qəbələ”ylə son Azərbaycan Kubokunun qalibidi. Onunla birgə titulu qazanmış braziliyalı legionerlər - müdafiəçi Ruan Renatoyla hücumçu Rafae Utziq hazırda “Zirə”də çıxı edərək, ardıcıl 2-ci mövsüm uğuru təkrarlamağa çalışır
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC