AFFA yığmaların baş məşqçiləriylə müqavilələri müddətini uzadıb

Azərbaycanın aşağı yaş qrupları üzrə futbol millilərinin baş məşqçiləri ilə müqavilələrin müddəti uzadılıb.

Presssport.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Müddət sentyabr ayınadək nəzərdə tutulub.

Müvafiq yaş qrupları üzrə milli komandaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.

U-19 Elxan Abdullayevə, U-18 Füzuli Məmmədova, U-17 İlham Yadullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC