"Real" Mbappenin transferini açıqladı

Fransalı ulduz futbolçu Kilian Mbappe “Real”a keçib.

Presssport.az xəbər verir ki, Madrid klubu bu barədə rəsmi saytında məlumat yayıb.

Sərbəst futbolçu kimi gələn Mbappenin imza atdığı müqavilənin müddəti 2029-cu ilə qədərdi. 25 yaşlı hücumçu daha əvvəl PSJ-ni tərk edəcəyini açıqlamışdı.

Xatırladaq ki, 2017-ci ildə icarə əsasında parislilərə keçən Mbappe 2018-ci ilin yayında “Monako”dan paytaxt klubuna satılıb. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub və 108 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC