Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda bu gün “Liv Bona Dea Arena”da Türkiyə yığması ilə keçirilən oyundan sonra fikirlərini bildirib.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis onları dəstəkləmək üçün tribunalara toplaşan azarkeşlərə təşəkkürünü bildirib:
"Sayları az olsa da, sona qədər komandanın gücünə güc qatdılar. Həmçinin komandama təşəkkürümü bildirirəm. Qızlarımız sübut etdilər ki, Azərbaycanda qadın futbolu inkişafdadı. Türkiyə Super Liqasında yüksək səviyyəli 16 klub çıxış edir. Milli komandaları üçün seçim imkanları genişdi. Buna baxmayaraq, bu gün komandamız möhtəşəm mübarizə ilə qələbə qazandı.
Ərzincandakı görüşdə hakimlərin idarəçiliyi ürəyimizcə olmamışdı. Qapımıza heç nədən penalti təyin olundu, üstəlik, lehimizə bir onbirmetrlik verilmədi. Həmçinin qızlarımızda həyəcan da var idi. Çünki böyük kütlə qarşısında çıxış edirdilər. Türkiyədəki oyunda minimum 1 xal qazana bilərdik”.
Xatırladaq ki, Türkiyə yığması üzərində 1:0 hesablı qələbə qazanan milli komandamız xallarının sayını 4-ə yüksəldib. Millimiz qrupda növbəti oyununu iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan millisinə qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC