Şəhid övladları “Wilderness cooking” "YouTube" kanalının sahibi ilə görüşüb

1 iyun 2024-cü il tarixində Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı” şirkəti tərəfindən Qəbələdə şəhid övladları üçün başlamış yay düşərgəsində növbəti görüş baş tutub.

Presssport.az xəbər verir ki, cari ilin 8 may tarixində bağlanmış müqaviləyə əsasən reallaşdırılan tədbirlər çərçivəsində dünyaca məşhur “Wilderness cooking” “YouTube” kanalının sahibi Təvəkkül Aslanovla görüş keçirilib. 

Şəhid övladları ilə video çəkib, şəkil çəkdirən Aslanov onlarla səmimi söhbətlər edib. Uşaqlara xidmət göstərməkdən şərəf duyduğunu bildirən tanınmış yerlimiz gözəl günə görə məmnunluğunu ifadə edib, təşkilatçılara öz təşəkkürünü çatdırıb.

Qeyd edək ki, “Wilderness cooking” “YouTube” kanalının 5.78 milyondan çox abunəsi var.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC