Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 2 bürünc medal əldə edib.
Presssport.az xəbər verir ki, çempionatın ilk günündə Azərbaycan kişilər arasında M5, M6, M7 və M8 yaş kateqoriyası üzrə 7 idmançı ilə təmsil olunub.
M8 yaş kateqoriyası üzrə -90 kq çəki dərəcəsində yarışan Fərhad Rəcəbli bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu qələbə ilə Rəcəbli usta cüdoçular arasında Avropa çempionatlarında 10-cu dəfə çempion tituluna sahib olub.
M7 yaş kateqoriyası üzrə -90 kq. çəkidə Nazim Əliyev və M8 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vahid Azərpur bürünc medal qazanıb.
M5 yaş kateqoriyası +100 kq. çəkidə Qabil Qasımov 5-ci yerə çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC