"Səbail"də 4-cü gediş

"Səbail"in müdafiəçisi Vüqar Həsənovla müqaviləsinin müddəti başa çatıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər yolları ayırmaq qərarına gəliblər.

“Səbail“ futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Vüqar 2022-ci ilin yayından paytaxt təmsilçisinin formasını geyinirdi və daha çxo ehtiyatda qalıb. 

Xatırladaq ki, Bakı təmsilçisi bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Süleyman Əhmədov, Cabir Əmirliylə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

 

 


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC