Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatında cüdoçularımız 2 qızıl və 3 bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, yarışın 2-ci günündə M3 və M4 yaş kateqoriyaları üzrə 14 cüdoçumuz tatamiyə çıxıb.
M3 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüqar Babayev qızıl medal əldə edib, -60 kq. çəkidə Mənsur Abbasov, -81 kq. çəkidə Azər Fətullayev və -100 kq. çəkidə Nizami Məmmədov bürünc medal qazanıb. -100 kq. çəkidə Fomin Valeriy 5-ci, Ramil Muradov isə 7-ci yerə çıxıb.
M4 yaş kateqoriyası üzrə -100 kq. çəkidə Emil Hüseynov qızıl, -73 kq. çəkidə Əli Əlibəyli isə bürünc mükafat qazanıb.
-60 kq. çəkidə Babək Hacıyev, -66 kq. çəkidə Rəfael Mehdiyev, -81 kq. çəkidə Rauf Fərzəliyev və -90 kq. çəkidə Mahir Ağamirzəyev yarışı 5-ci yerdə tamamlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC