Qadın basketbol millimiz Avropa Kubokunun təsnifat mərhələsində yarımfinala yüksəlib - qrup lideri kimi

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində 2-ci oyununa çıxıb.

Presssport.az xəbər verir ki, yığmamız Lüksemburq millisi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yığma daha əvvəl Maltadan üstün olub - 17:14

Xatırladaq ki, bu yığmamız daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC