Emin Əmrullayev kişi və qadın basketbol yığmalarımızı təbrik edib

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev kişi və qadınlardan ibarət basketbol üzrə milli komandalarımızı Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib.

Presssport.az xəbər verir ki, federasiya rəhbəri bununla bağlı “X”dəki hesabında paylaşım edib.

O, bunları yazıb: “Kişi və qadınlardan ibarət milli komandalarımız 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində bütün oyunlarda qalib gələrək avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin ediblər. Təbriklər və uğurlar!”.

Xatırladaq ki, ki, qadınlardan və kişilərdən ibarət 3X3 basketbol üzrə millilərimiz Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununda Kipr yığmalarını məğlub edərək əsas mərhələyə vəsiqə qazanıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC