Millimizin yeni baş məşqçisi ispaniyalı oldu

Gənc basketbolçulardan (U-20) ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Presssport.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta əsas millidə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib.

Onun birinci köməkçisi Zaur Paşayev, ikinci köməkçisi isə Anar Hacıyev olub.

Onu da bildirək ki, 20 yaşadək oğlan basketbolçulardan ibarət millimiz iyulun 12-21-i aralığında Rumıniyanın Piteşti şəhərində baş tutacaq Avropa çempionatının B divizionunda yarışacaq. Alberto Blankonun planlarında Avropa çempionatına hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi yer alıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC