“Azərbaycan millisi çox yaxşı hücum qrupuna malikdi. Amma müdafiədə səhvlər, müəyyən problemlər var. Qazaxıstan millisinin ön xəttində qol vuran futbolçuları az olsa da, son zamanlar müdafiə çox yaxşı görünür”.
Presssport.az xəbər verir ki, qazaxıstanlı futbol veteranı Bulat Esmaqambetov milli komandasının Azərbaycan yığmasıyla sabah yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşərkən deyib.
Adıçəkilən mütəxəssis millimizin hücum potensialının yaxşı olduğunu vurğulayıb: "Hücumameyilli Azərbaycanla, əsasən, əks-hücumlarda oynayacaq Qazaxıstan yığması arasında qarşıdurma olacaq. Azərbaycanlılar texniki baxımdan yaxşıdı, hücumda oynamağı sevirlər, müdafiəni xüsusilə sevmirlər. Bu komandalar təxminən eyni səviyyədədi. Kim öz şansından daha yaxşı istifadə etsə, o qalib gələcək".
Esmaqambetov millisinin bizə qalib gəlməli olduğunu deyib: "Azərbaycan millisini yaxşı tanıyırıq. Çünki onunla bu yaxında Millətlər Liqasında çıxış etmişik. Sonda Qazaxıstan qrupda 1-ci, Azərbaycan isə 2-ci olmuşdu. Bu komandalarda Astana və Bakıdakı son oyunlarından sonra ciddi bir dəyişikliyin olduğunu düşünmürəm. Qazaxıstan son matçını səfərdə Ermənistanla keçiribsə, bu dəfə oyun neytral ərazidə baş tutacaq. Qazaxıstan Azərbaycanla Ermənistandan daha yaxşı oynayır”.
Xatırladaq ki, Azərbaycan - Qazaxıstan matçı sabah Bakı vaxtilə saat 18:00-da Macarıstanda baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC