“Bu yarışda əsas məqsəd idmançıların son durumunu öyrənmək idi”.
Presssport.az xəbər verir ki, bu fikirləri Azərbaycanın yunan-Roma güləşi millisinin məşqçisi Həsən Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turniri barədə danışarkən deyib.
Mütəxəssis 3 qızıl medal qazandıqları turnirin onlar üçün yaxşı keçdiyini bildirib: "Artıq olimpiadaya qısa müddət qalıb. Qeyri-olimpiya çəkilərindəki güləşçiləri də yoxlamalıydıq. Qarşıda dünya çempionatı olacaq. Onlar uzun müddət güləşmirdilər. Hazırda bizi yalnız təlim-məşq toplanışı, ardınca isə olimpiada gözləyir".
O, Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunları barədə də danışıb: "Bizim 5 lisenziyamız var. Güləşçiləri bir-birindən ayırmaq istəmirəm. Bu elə yarışdır ki, həmişə sürprizlərlə doludur. Kimin hansı medalı qazanacağını öncədən proqnozlaşdırmaq olmaz. Güləşçilərimizin hər biri Parisdə yaxşı nəticə qazana bilər" (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC