İyunun 15-də Sloveniyanın Podçetrtek şəhərində start götürəcək Avropa Kubokunda Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq.
Presssport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamızn üzvləri 7 çəki dərəcəsində çıxış edəcək.
Bunlar Rövşən Əliyev, Kənan Hüseynov, Kənan İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev (66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev, Rüfət Şövlətov, Kamran Süleymanov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Ruslan Nəsirli (100 kq), Camal Feyziyev, İmran Yusifovdu (hər ikisi +100 kq)
Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tediç rəhbərlik edəcək.
İyunun 16-da başa çatacaq turnirdə 31 ölkədən 356 idmançı iştirak edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC