"Sumqayıt"da növbəti mövsümün planları müzakirə olundu - kimlərə təşəkkür bildirildi?

“Sumqayıt” Futbol Klubunun (FK) Müşahidə Şurasının (MŞ) iclası keçirilib.

Presssport.az xəbər verir ki, “Azərikimya” İstehsalat Birliyinin inzibati binasında baş tutan iclasın gündəliyində iki məsələ olub:

- Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün yekunu ilə bağlı hesabat

- Azərbaycan Premyer Liqasının 2024/25 mövsümü ilə bağlı planlar

Əvvəlcə MŞ sədri, “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli iclası açıb və gündəlikdə duran məsələlərlə bağlı iclas iştirakçılarını məlumatlandırıb. O, daha sonra mövsümün yekunu ilə bağlı hesabatı təqdim etmək üçün sözü “Sumqayıt” FK-nin prezidenti Riad Rəfiyevə verib. O, çıxışında ötən mövsümün yekunları ilə bağlı hesabatı Müşahidə Şurasının üzvlərinin nəzərinə çatdırıb.

Hesabatda komandanın mövsümü uğurlu başa vurması, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşması, həmçinin Konfrans Liqasına vəsiqə əldə etməsi, bununla yanaşı klub akademiyasının və qızlardan ibarət komandanın çıxışı qeyd edilib. 

Klub prezidentinin çıxışından sonra iclas iştirakçıları söz alaraq öz fikirlərini bildirib.

Yekdil rəyə əsasən, klubun mövsüm ərzindəki çıxışı uğurlu hesab edilərək, bununla bağlı rəhbərliyə və məşqçi heyətinə təşəkkür ifadə edilib. 

Daha sonra növbəti mövsümün planları ilə bağlı müzakirələr olub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC