"Zirə"nin legioneri hamını üstələyib

Misli Premyer Liqasının 2023/24 mövsümündə yalnız 3 qapıçı 10 və daha çox oyunda qapısını toxunulmaz saxlayıb.

Presssport.az xəbər verir ki, “Zirə”nin legioneri Tiaqo Silva rekordçu olub.

Belə ki, 24 yaşlı portuqaliyalı qolkiper mövsüm ərzində hamıdan çox "quru" oyun keçirib. O, meydana çıxdığı 35 matçın 17-də qapısını toxunulmaz saxlayıb.

“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov 2-ci olub. Onun hesabında 13 "quru" oyun var.

İlk “3-lüy”ü Aydın Bayramov qapayıb. Aydın “Turan Tovuz”da 10 görüşü qol buraxmadan keçirib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC