"Sumqayıt" daha bir legionerini göndərib.
Presssport.az xəbər verir ki, "kimyaçılar" ispaniyalı Oktavio Manteka ilə yollar ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mövsümün əvvəlində Bolqarıstanın "MOİK 1948" klubundan "Sumqayıt"a icarə əsasında keçən 30 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti başa çatıb. Oktavioyaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzu edilib.
Onu da bildirək ki. Manteka ötən mövsüm 26 Premyer Liqa və 3 kubok qarşılaşması olmaqla ümumilikdə 29 matçda meydana çıxıb.
Xatırladaq ki, “Sumqayıt” bunadək 3 futbolçu - qapıçı Orxan Sadıqlı, Fil Dişi Sahilindən olan müdafiəçi Abu Dosso və estoniyalı hücumçu Erik Sorqa və Abu Dossoyal da vidalaşmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC