AFFA futboldan uzaqlaşdırılan 2 nəfərin şikayətini təmin etməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı son olaraq “İrəvan”da çıxış edən futbolçu Fəhmin Muradbəylinin şikayətini təmin etməyib. 

Presssport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. Danışılmış matçlarda iştiraka görə ömürlük futbolla əlaqəli fəaliyyətlərdən uzaqlaşdırılan 28 yaşlı yarımmüdafiəçi ilə bağlı qərar qüvvədə saxlanılıb. 

Danışılmış oyunlara görə təqsirli bilinən “Azərbaycan Qartalları” klubunun məşqçisi Rüfət Həsənovun da şikayəti təmin olunmayıb. 

Xatırladaq ki, Fəhmin karyerasında "Neftçi", "Səbail" və "Keşlə" (hazırkı "Şamaxı") klublarının da formasını geyinib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC