İsveçin "Yurqorden" klubunun idman direktoru Bosse Andersson azərbaycanlı sabiq futbolçusu Musa Qurbanlının keçirdiyi vaxtdan danışıb.
Presssport.az xəbər verir ki, klub rəsmisi 22 yaşlı hücumçunun "Qarabağ"a keçməsinə də münasibət bildirib: “Musa Azərbaycan milli komandası üçün gənc və perspektivli futbolçudu. Onun karyerasının bu mərhələsində oyun vaxtı vacibdi. Musa bizimlə çətin yaz mövsümü keçirdi - oyun vaxtı məhdud idi. Bu, futboldu və bəzən dalana dirənirik. Bu həll hər iki tərəf üçün ən yaxşısıdı. İndi Musa özünü yaxşı bildiyi, statusunun və ona inamının yüksək olduğu bir mühitdə tapacaq. “Qarabağ”la bu məsələdə yaxşı dialoqumuz olub”.
Anderssonun fikrincə, Qurbanlı Stokholda olduğu müddətdə ən peşəkar şəkildə hərəkət edib: "O, daha yaxşı olmaq üçün çox çalışan və hələ də ambisiyaları olan futbolçudu. Musaya gələcək karyerasında uğurlar arzulayıram”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC