Azərbaycan idmançısı Malikə Biçekuyeva Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində 2 bürünc medal qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından Presssport.az-a verilən məlumata görə, o, yaşı 15-ə qədər olan atletlər arasında 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atlet birdən qaldırma hərəkətində 57 kq-ı ram edərək 4-cü olub. O, təkanla qaldırmada daha yaxşı çıxış edib. İdmançı 71 kq ağırlığı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb. Toplam 128 kq (57+71) nəticə göstərən Biçekuyeva yekun sıralamada da Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Onu da bildirək ki, Avropa çempionatında 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı yarışır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC