Azərbaycan ağırlıqqaldıranı Elman Kurdanov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa çempionatında 3 medal qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından Presssport.az-a verilən məlumata görə, atlet birdən qaldırma hərəkətində 100 kq-ı ram edərək Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Təkanla qaldırma hərəkətində isə 124 kq-ı baş üzərinə qaldıran idmançı gümüş medal əldə edib. Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb.
Qeyd edək ki, yarışda 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı iştirak edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC