Cüdo yığmamız Qran-priyə 3 medalla başladı

Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.

Presssport.az xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 9 cüdoçusu mübarizə aparıb.

Onlardan 3-ü mükafatçılar sırasına düşüb. Turan Bayramov (60 kq) yarımfinalda məğlub olsa da, turniri bürünc medalla tamamlamağı bacarıb.

66 kq çəkidə isə Azərbaycanın iki üzvü fəxri kürsüyə qalxıb. Yaşar Nəcəfov finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzaraq, gümüş medala yiyələnib. Kamran Süleymanov isə bürünc mükafatçı olub.

Digər cüdoçular Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan yığması Qran-priyə 16 cüdoçu ilə yollanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC