Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez kapitanı Kriştiano Ronaldonun AVRO-2024-ün II turunda Türkiyə yığması ilə oyunda (3:0) etdiyi qol ötürməsini dəyərləndirib.
Presssport.az xəbər verir ki, 39 yaşlı hücumçu 55-ci dəqiqədə rəqib qapıçıyla təkbətək çıxsa da, daha yaxşı mövqedə olan komanda yoldaşı Brunu Fernandeşə ötürmə edib. O da öz nöbvəsində topu tora göndərərək matçda son nöqtəni qoyub.
Martinez fikrincə, bu epizodda xüsusi bir şey görüblər: "Böyük hücumçu qapıçı ilə təkbətək gedir və ötürmə fürsəti axtarır. Nə gözəl nümunədir! Bunu, bu fədakarlıq və komanda haqqında düşünməyin həmişə vacib olması faktını bütün Portuqaliya akademiyalarında göstərmək lazımdı".
Xatırladaq ki, Ronado 6 Avropa çempionatında iştirak edən ilk və hələ ki tək futbolçudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC