Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Teri AVRO-2024-ün II turunda Portuqaliyaya 0:3 hesabı ilə uduzduğu matç haqqında danışıb.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis komandada müəyyən boşluqlar olduğunu açıqlatıb: "Portuqaliya topa daha çox sahib idi. Millimiz müdafiə olunarkən nə bloklar arasındakı boşluqları bağlaya bildi, nə də ötürmələri edə bildi. Rəqib daha çox qol vura bilərdi, bunu qəbul etməliyik. Bəli, Gürcüstanla oyunda qələbə və gözəl qollar oldu. Lakin o görüşdə etdiyimiz səhvlər bizi daha diqqətli olmağa dəvət etməli idi. Belə diqqət görmədim".
Terim onu da vurğulayıb ki, milli komandaya dəstək olmaq lazımdı: "Məşqçimizə və komandamıza güvənirik. Bu etimadı turnir başa çatana qədər, fərdi olaraq heç kimi günahlandırmadan, səmimi şəkildə göstərməliyik. İnsanlar pis gündə tanınır. Bizim də pis günümüz olub. İndi də məşqçimizə və komandamıza kömək etməliyik. Portuqaliyaya hər komanda məğlub ola bilər".
Xatırladaq ki, Türkiyə 2 oyundan sonra 3 xalla F qrupunda 2-ci pillədədi və son turda iyunun 26-da Çexiyayla görüşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC