"Məğlub olmadığımız üçün şadam. Almaniya kimi rəqibə qarşı layiqli mürbarizə apardıq".
Presssport.az xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.
Türkiyə əsilli mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşma barədə danışaraq qrupu 1-ci sırada başa vurmaq üçün əlimizdən gələni etdiklərini söyləyib: "Təəssüf ki, olmadı. Lakin 1/8 finala vəsiqə qazandıq, bunun üçün sevinirik. Növbəti oyuna hazırlaşacağıq, 1 həftə vaxtımız var".
Xatırladaq ki, İsveçrə yığması 1/8 finalda B qrupunun 2-cisi ilə üz-üzə gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC